MÜƏLLİMLƏR

  1. Ana səhifə
  2. Müəllimlər
image description
8 Azn

1 saat

Asurey Ramazanova

Regionşünaslıq fakültəsinin Almaniyaşünaslıq ixtisası üzrə bakalavr təhsili almışam. Universiteti bitirdikdən sonra 2 il Almaniyada yaşamışam (kurs keçmişəm və işləmişəm). Son iki ildir ki, Azərbaycandayam. Bir neçə təhsil mərkəzində alman və ingilis dili üzrə fərdi və qrup dərslərində, conversationlarda moderator kimi fəaliyyət göstərirəm. İnsanlarla ünsiyyəti sevdiyimdən, pedaqoqikaya marağım olduğundan bu sahə ilə məşğul oluram. 

Dil öyrənmək sadəcə bir ilinizi alar, amma ömür boyu sizə xidmət edər :)

Sevgilərlə, Aşurey.

image description
10 Azn

1 saat

Orxan Hüseynov

Alman dili üzrə məşğul oluram, həm öz evimdə, həm də sizin evə gələ bilərəm. Xətai metrosunun arxasında qalıram, dərslər həm fərdi, həm də qrup şəklində keçirilir. 1 dərs 1,5 saat davam edir 1 dərs = 10 manatdı. Dərslər intensiv həftədə 6 dəfə və qeyri-intensiv həftədə 3 dəfə keçirilir. Özüm haqda: diplomlu filoloq-germanistəm, Bakı Slavyan Universitetini bitirmişəm, 3 dəfə DAAD-nin (Alman Akademik Mübadilə Xidməti) beynəlxalq təqaüd proqramlarını qazanmışam, bununla da Almaniya, Gürcüstan, Qırğızıstanda kurslarda iştirak etmişəm.